Emlakci.az

5 otaqlı həyət evi / bağ evi, 250 m², 2.5 sot

Elan № 75740 baxışYeniləndi: 07 Oktyabr 2026

1 / 8

Əsas məlumatlar

Kateqoriya
Həyət evi / Bağ evi
Otaq sayı
5
Sahə
250 m²
Təmir
Var
Çıxarış (kupça)
Var
İpoteka
Yoxdur
Elan sahibi
Vasitəçi
Şəhər
Bakı

Elan haqqında

BADAMDARDA YÜKSƏK KEYFİYYƏTLİ, PREMİUM HƏYƏT EVİ Badamdar, 3-cü massivdə, 329 nömrəli məktəbin yaxınlığında, sakit və səliqəli yaşayış məhəlləsində yerləşən xüsusi layihəli həyət evi satışa çıxarılır. Ev 2.5 sot torpaq sahəsində inşa olunub. Sənədlə torpaq sahəsi 2.3 sot göstərilir və kupça mövcuddur. Ümumi sahə: təxminən 250 m² 5 otaq 3 yataq otağı, 3 sanitar qovşaq 85 m² qaraj — 2 avtomobil üçün Evə qədər asfalt yol Evin planlaması olduqca düşünülmüş və fərqli layihəyə malikdir. Birinci mərtəbədə geniş qonaq otağı, holl və böyük mətbəx, ikinci mərtəbədə isə 3 yataq otağı yerləşir. Evin ən diqqətçəkən xüsusiyyətlərindən biri giriş holunun üzərində yaradılmış geniş atriumdur. Bu detal evə xüsusi memarlıq görünüşü və genişlik hissi verir. 85 m²-lik qaraj evin altında yerləşir və 2 avtomobilin rahat yerləşməsi üçün kifayət qədər genişdir. Qarajdan birbaşa evə qalxan daxili pilləkən də mövcuddur. Təmir zamanı yalnız keyfiyyətli materiallardan istifadə olunub. Təmir işlərinin təxminən 90%-i artıq tamamlanıb. Hazırda yalnız son mərhələ işləri — aboy, laminat və qapıların quraşdırılması qalıb. İstəyə uyğun olaraq qalan işlər də tamamlanaraq ev tam hazır şəkildə təhvil verilə bilər. Sakit məhəllə + məktəbə yaxınlıq + geniş sahə + 2 maşınlıq qaraj + fərqli layihə Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz. Şirkət xidmət haqqı alıcıdan 1% təşkil edir

Yerləşmə

Badamdar qəs., 3-cü Massiv, Bakı

Hamısına bax

459 000 ₼